fbpx

Rüstəm Muradovun bacısı oğlu Ukraynada həlak oldu: General xəbəri yaralı halda eşitdi

BEY.AZ informasiya agentliyi xəbər verir

Rusiya Qəhrəmanı, Cənub Hərbi Dairəsinin komandanının müavini, general-leytenant Rüstəm Muradovun bacısı oğlu Salman Süleymanov Ukraynada həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə “Baza” “telegram” kanalı məlumat yayıb.

Salman Süleymanov taqım komandiri olub. O, yanvarın əvvəlində xidmət yoldaşları ilə birlikdə Ukrayna ilə sərhədə aparılıb, aprelin sonunda isə döyüşlər zamanı həlak olub.

Muradov isə özü həmin vaxt yaralı olduğu üçün xəstəxanada olub. O, bacısı oğlunun ölüm xəbərini aldıqdan sonra dəfn edilməsi üçün heç olmasa bir sümük tapılmasını xahiş edib. Nəticədə Salmanın qalıqları vətəni Dərbəndə (Dağıstan) gətirilib.

Xatırladaq ki, Rüstəm Muradov Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinə 2022-ci ilin fevralına qədər komandanlıq edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu