Səbaildə istirahət mərkəzinin icarədarı cərimələndi
BEY.AZ informasiya agentliyi xəbər verir
Sanitariya-gigyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məluçata görə, avqustun 8-də DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Səbail rayonu, Şıx çimərliyi ərazisində keçirdikləri tədbirlər zamanı atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmaması fakrı aşkar olunub.
Fakta görə çimərlik ərazisində yerləşən istirahət mərkəzlərindən birinin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Səbaildə #istirahət #mərkəzinin #icarədarı #cərimələndi