Səbuhinin atası: “Bu gün övladıma şəhid toyu edirəm”
BEY.AZ informasiya agentliyi xəbər verir
Şəhid Səbuhi Tağıyev doğulduğu Şahbuz rayonunun Badamlı qəsəbəsində dəfn edilib.
Metbuat.az xəbər verir ki, şəhidin atası Gündüz Tağıyev oğlundan danışıb. O bildirib ki, Səbuhinin arzusu elə şəhid olmaq olub:
“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olun. Dünən günorta saatlarında danışdıq sonuncu dəfə. Sonra da şəhid olub. Arzusu idi şəhid olmaq. Bu gün mən onu öldü bilmirəm, millət yığılıb bura. Mən də şəhid toyu edirəm”.
Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
Allah rəhmət eləsin!
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Səbuhinin #atası #gün #övladıma #şəhid #toyu #edirəm