fbpx

Şəfiqə Nağıyeva keçmiş həyat yoldaşından danışdı: “Qızların yanında mənə eşşək dedi

BEY.AZ informasiya agentliyi xəbər verir


“Mehmanxanaya qayıtdıqdan sonra onunla bir də gəzintiyə getməcəyimi dedim. O isə mənə stul atdı”.

Metbuat.az xəbər verir ki, bunu tanınmış vəkil Şəfiqə Nağıyeva ” Onun sirri” verilişində keçmiş ailə həyatından danışarkən deyib. O bildirib ki, əgər həmin şəxslə bir ailə olsaydı, bugünkü Şəfiqə olmayacaqdı:

“Yoldaşımın adı Vahid olub. Biz zavodun bir qrup işçisi ilə Moskvaya səfərə getdik. Mağazalara baxdıq, lazım olanları aldıq. Həmin vaxt mən hamilə idim. O mənə dedi ki, yükü sən daşı. Sonra mən öndə gedəndə o arxadakı qızlarla gəlirdi. Mən eşitdim ki, o, arxamca qızların yanında “baxın, eşşək aparır” dedi. Mən heç vaxt şəxsiyyətimin alçaldılmasına icazə verməmişəm. Mehmanxanaya qayıtdıqdan sonra onunla bir də gəzintiyə getməcəyimi dedim. O isə stulu mənə atdı. Sonuncu dəfə anamı təhqir etdi. Mən Bakıya qayıtdıqdan sonra ayrılacağımı dedim. Məhkəmə bizi 5 il ayırmadı, amma mən dedim ki, bu adamla heç vaxt yaşaya bilməyəcəm”.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu