fbpx

Səfirliyimizə hücum zamanı xəsarət alanların son durumu açıqlandı

BEY.AZ informasiya agentliyi xəbər verir


Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı xəsarət alan diplomatik korpus əməkdaşlarından birinin cərrahi əməliyyatı başa çatıb və vəziyyəti yaxşılaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə deyib.

“İkinci yaralı əməkdaşımızın cərrahi əməliyyatı isə davam edir. Həkimin rəyinə görə, onun əməliyyatı daha iki saat davam edəcək və ümid edirik ki, əməliyyat başa çatdıqdan sonra onlar palataya köçürüləcək”, – Əli Əlizadə vurğulayıb.

Diplomat vurğulayıb ki, Azərbaycan İrandan bu terror aktları və onların nəticələrini təqib etməsini, bütün məsuliyyət daşıyanları həbs etməsini və müvafiq orqanlar adından bu hadisələrə görə məsuliyyət daşıyanların hamısının müəyyən olunmasını, nəticələri Azərbaycana bildirməsini gözləyir.

“Biz bu hadisələri terror aktı kimi qiymətləndiririk, çünki iki ölkə arasında belə hadisələr gözlənilmirdi. Hadisəyə görə çox təəssüflənirik”, – Azərbaycan səfiri qeyd edib.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanmış şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Terrorçu Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Səfirliyimizə #hücum #zamanı #xəsarət #alanların #son #durumu #açıqlandı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu