fbpx

Səhər saatlarında İKİ AĞIR QƏZA OLDU

BEY.AZ informasiya agentliyi xəbər verir


Yevlax rayonunda ard-arda iki yol nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın “Report”a istinadən məlumatına görə, hadisələrdən biri BakıQazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KİA” markalı avtomobil hərəkətdə olan zaman təkəri partlayıb və nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb.

Nəticədə avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü X.Cəfərov müxtəlif bədən xəsarətləri alıb.

Digər bir qəza isə Yevlax şəhər ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində, Yevlax rayon sakini, 1979-cu il təvəllüdlü S.Allahverdiyev xəsarət alıb.

Hər iki qəzada xəsarət alanlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Xatırladaq ki, bundan öncə Yevlax rayon ərazisində daha bir yol-nəqliyyat hadisəsi qeydə alınıb və iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu