fbpx

Şəhid Elşad Həsənovun övladı dünyaya gəldi

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu il Laçında şəhid olan Elşad Həsənovun övladı dünyaya gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə “YAŞAT” Fondu məlumat yayıb.

Qeyd olunub ki, bu ilin aprel ayının 11-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olan qəhrəmanımız Elşad Həsənovun Bakı şəhərində doğulan övladı Əzizin zəruri xərcləri Fond tərəfindən qarşılanıb.

Bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpə – Əzizin adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Şəhidin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

Xatırladaq ki, “YAŞAT” Fondunun “Onlar bizə əmanət” layihəsi davam edir. Layihə indiyədək 107 şəhid övladını əhatə edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şəhid #Elşad #Həsənovun #övladı #dünyaya #gəldi

Bir Cevap Yazın

Başa dön tuşu