fbpx

Şəhid Mirzəliyev Kamalın anım mərasimi keçirilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün 15.12.2021-ci il tarixində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Mirzəliyev Kamal Əjdər oğlunun şəhadətə ucaldığı gündən iki il ötür.

Metbuat.az xəbər verir ki, şəhidin anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbçi yoldaşları, Milli Məclisin deputatı Aydın Hüseynov, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri iştirakı ilə şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə əklil qoyulub.

Daha sonra şəhidin ailəsi ziyarət olunub. Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirib və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə ediblər.

Daha sonra şəhid ailəsinin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə cənab Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şəhid #Mirzəliyev #Kamalın #anım #mərasimi #keçirilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu