fbpx

Şəhid övladları üçün “IV Neftçili Yay Futbol Düşərgəsi” təşkil edilib

BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladları üçün “IV Neftçili Yay Futbol Düşərgəsi” layihəsinə start verilib.

Metbuat.az xəbər verir ki, layihə “Neftçi” klubunun və “YAŞAT” Fondunun birgə təşkilatçılığı, SOCAR və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin dəstəyi ilə həyata keçirilir.

Bu gün şəhidlərin 6 – 12 yaşlı 104 övladını əhatə edən layihənin açılış mərasimi baş tutub. Tədbirdə “YAŞAT” Fondunun rəhbəri – Qarabağ qazisi Elvin Hüseynov, “Neftçi”nin prezidenti Kamran Quliyev, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, “Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova və digər qonaqlar iştirak ediblər.

Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, o cümlədən asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu