fbpx

Şəkidə meşə yanğını BAŞLADI

BEY.AZ informasiya agentliyi xəbər verir


Şəki rayonunun Kiş kəndi yaxınlığında meşə ərazisindəki kolluq sahə yanır.

İlgili Makaleler

Bu barədə Metbuat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, yanğın mürəkkəb relyefli dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb: “Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur. Hazırda ETSN-in yerli qurumlarının 100-ə qədər əməkdaşı və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri yanğının söndürülməsində iştirak edir”.

İ.İbrahimova vətəndaşlara bir daha müraciət edərək meşə yanğınlarının çox ciddi və təhlükəli olmasını nəzərə alaraq təbiət ərazilərində istirahət edən hər kəsi ehtiyatlı və diqqətli olmağa, məsuliyyəti hiss etməyə çağırıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu