fbpx

Sənan Mirzəyev və Elşən Şərifov Azərbaycan kubokunda fəxri kürsünün ən yüksək pilləsində

BEY.AZ informasiya agentliyi xəbər verir


21-23 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kubokunda ikinci yarış günü başa çatıb. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayır.

Metbuat.az-a Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, günə çəkisi 89 və 96 kq-a qədər olan atletlərin mübarizəsi ilə start verilib.

89 kq-da toplam 300 kq (140+160) nəticə göstərən “Spartak-Ettore” Klubunun təmsilçisi Sənan Mirzəyev qızıl, toplam 270 kq (120+150) nəticə göstərən “Herkules” Klubunun təmsilçisi Kənan Xəlilov gümüş, toplam 236 kq (106+130) nəticə göstərən “Buta” Klubunun təmsilçisi Kamran Ağalarov bürünc medal qazanıblar.

96 kq çəki dərəcəsində isə toplam 265 kq (115+150) nəticə göstərən “Cəngi” Klubunun təmsilçisi Elşən Şərifov qızıl, toplam 242 kq (109+133) nəticə göstərən “Naxçıvan” Klubunun təmsilçisi Həsən Babayev gümüş, toplam 218 kq (97+121) nəticə göstərən “Göyəzən” Klubunun təmsilçisi Elmar Rəhimov bürünc medala sahib çıxıblar.

89 kq


96 kq






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sənan #Mirzəyev #və #Elşən #Şərifov #Azərbaycan #kubokunda #fəxri #kürsünün #ən #yüksək #pilləsində

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu