fbpx
Xəbərlər

Şərur rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub

BEY.AZ informasiya agentliyi xəbər verir



Şərur rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov əmr imzalayıb.

Əmrə əsasən, Əli Mehdiyev Şərur rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə gətirilib.

Yeni müdiri kollektivə R.Məmmədov və Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İmran Əliyev təqdim edib.

Qeyd edək ki, Ə.Mehdiyev 27 il pedaqoji staja malikdir, əvvəllər Şərur şəhər 1 nömrəli məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini və direktoru işləyib.

Son iş yeri isə Bakı şəhər 136 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsi olub.

Şərur rayon Təhsil Şöbəsinin bundan əvvəlki müdiri Malik İsmayılov isə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aparat rəhbəri təyin olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Şərur #rayon #Təhsil #Şöbəsinə #yeni #müdir #təyin #olunub

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu