fbpx
Xəbərlər

Sabah güclü külək əsəcək, leysan yağacaq

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, bəzi yerlərdə az yağış yağacağı ehtimalı var.

Gündüz yağışda fasilə olacaq. Şimal-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Sabah #güclü #külək #əsəcək #leysan #yağacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu