fbpx
Xəbərlər

Sabah hava necə olacaq? – AÇIQLANDI

BEY.AZ informasiya agentliyi xəbər verir


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata əsasən, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 17°-dək şaxta, gündüz 1-6° isti olacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu