fbpx

Sabah Qubad İbadoğlunun şikayətinə baxılacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Sabah Bakı Apellyasiya Məhkəməsində Qubad İbadoğlu barəsində seçilmiş həbs qərarından verilən apellyasiya şikayətinə baxılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə onun qızı Jalə Bayramova məlumat yayıb. İclasın saat 12:30-da keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycanda Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan informasiya əsasında FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılıb.

Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir. Siyasətçi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sabah #Qubad #İbadoğlunun #şikayətinə #baxılacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu