“Sabah” tarixinin iki rekorduna imza atıb
BEY.AZ informasiya agentliyi xəbər verir
“Sabah” komandası tarixinin iki rekorduna imza atıb.
Metbuat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, XXIV turda “Şamaxı“nı 5:1 hesabı ilə üstələyən paytaxt klubu Premyer Liqada ən böyükhesablı qələbəsini qazanıb, həmçinin özünün ən yüksək məhsuldarlığını nümayiş etdirib.
Komanda indiyədək heç vaxt 3-dən çox qol vurmayıb. 12 qarşılaşmada üç top vuran və bunların yarısında 3:0 hesabı ilə qalib gələn “Sabah” həm ilk dəfə 4 top fərqi ilə qalib gəlib, həm də ilk dəfə 4 və ya daha çox – 5 qol vurub.
Hər iki nailiyyət klub tarixinin Premyer Liqadakı yubiley – 100-cü matçında qeydə alınıb. “Sabah” bu oyunlarda 30-cu qələbəsini qazanıb. Zurab Oçiqava komandasının ikinci qoluna imza atmaqla bakılıların Premyer Liqadakı 100-cü qolunu vurub.
Bu, 50-ci ev matçındakı 15-ci qələbə kimi tarixə düşüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.