fbpx

Sabaha gözlənilən hava proqnozu AÇIQLANIB

BEY.AZ informasiya agentliyi xəbər verir

Bakıda və Abşeron yarımadasında iyunun 2-də hava şəraiti əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 18-22° isti, gündüz 28-33° isti, Bakıda gecə 20-22° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu