fbpx

Sabahın hava proqnozu açıqlandı

BEY.AZ informasiya agentliyi xəbər verir


Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-12° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu