fbpx

Sabirabadda pambıq zavodunda güclü yanğın

BEY.AZ informasiya agentliyi xəbər verir


Sabirabadda pambıq emalı zavodunda baş verən yanğınla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, bu gün saat 18:00 radələrində Sabirabad Rayon Polis Şöbəsinə rayonun Axtaçı Muğan kəndində yerləşən pambıq qəbulu məntəqəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal RPŞ-nin və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb olunublar.

Hazırda şöbə əməkdaşları tərəfindən hadisə yerinin mühafizəsi təmin olunur, təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilir.

Yanğının söndürülməsi istiqamətində zəruri bütün tədbirlər görülür.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sabirabadda #pambıq #zavodunda #güclü #yanğın

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu