Şabranda kanalda bir nəfər batıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Şabranda kanalda bir nəfər batıb.
Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Xəbər verilib ki, FHN-in “112” qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan kanalının Şabran rayonu, Ağbaş kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.