fbpx

Sağlam arıqlamaq və pəhriz üçün D vitamini çox əhəmiyyətlidir

BEY.AZ informasiya agentliyi xəbər verir


Ayrı-ayrı vaxtlarda hər kəs emosional aclıqla üzləşə bilər. Çox vaxt fiziki aclıq hiss olunmasa da, hisslərlə əlaqədar bəzi boşluqları yeməklə doldurmağa ehtiyac duyulur. Xüsusilə stress, narahatlıq və ya depressiyada olarkən yemək istəyi daha da artır. Artıq çəkidən qurtulmaq istəyi psixologiyaya təsir etdiyi kimi, psixologiya özü də artıq çəkidən xilas olmağa təsir göstərə bilər. Ona görə də pəhrizə başlamazdan əvvəl ona hazır olmaq lazımdır.

Sağlam arıqlamaq və pəhriz üçün D vitamini çox əhəmiyyətlidir. Diyetoloqların dediyinə görə, qidalanma zamanı tərkibində D vitamini olan yumurta və balığa üstünlük verilməlidir. Bundan başqa, yulaf, yoqurt, fındıq, qoz, alma, armud, avokado və yaşıl çaydan çox istifadə olunmalıdır.

Metbuat.az xəbər verir ki, bunu AZƏRTAC-a həkim-diyetoloq Ofeliya Tahirli deyib: “Balanslı çəki dedikdə istər çəki itirərkən, istərsə də normal sağlam qidalanma zamanı qida rasionunda yağların, zülalların, karbohidratların, mineralların, vitaminlərin və mayenin düzgün qəbulu nəzərdə tutulur. Ümumiyyətlə, sağlam şəkildə qidalanmadıqda çəki itirərkən çox böyük problemlə üzləşmək mümkündür. Bunun əsas səbəbi orqanizmə lazım olan maddələrin çatışmazlığı ilə əlaqədardır və bunun nəticəsində də bir çox problemlər yaranır”.

Mütəxəssislər yuxu normasını əməl etməyin pəhriz üçün əhəmiyyətli olduğunu vurğulayırlar. Həmçinin gərgin iş rejimi və gündəlik problemlərin yaratdığı stress diyetanın müsbət nəticəsinə mane olan səbəblərdən biridir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu