fbpx
Xəbərlər

“Sağlam həyat, Sağlam gələcəkdir” layihəsi start götürüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkiatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İçtimai Birliyinin gənclər və yeniyetmələr arasında zərərli vərdişlərin profilaktikası məqsədilə “Sağlam həyat sağlam gələcəkdir” layihəsi fevral ayının 1-dən start götürüb.

Birlikdən Metbuat.az-a verilən məlumata görə, lahiyə 3 ay müddətində Bakıda həyata keçiriləcək.

“Sağlam həyat, Sağlam gələcəkdir” layihəsi ilə zərərli vərdişlərin, o cümlədən narkomaniyanın ölkəmizdə yeniyetmələr və gənclər arasnda yayılması bizləri sözügedən vərdişlərə qarşı mübarizəyə məcbur edir. Zərərli vərdişlər yeniyetmələrin və gənclərin passiv həyat tərzi yaşamalarına, ailələrində sosial problemlərə, cinayyətə sövq edir. Çox təssüfki, pis vərdişlərin yeniyetmələr və gənclər arasında sürətlə təbliğ olunur. Nəticədə, cavan yaşda yeniyetmələr və gənclər ya ömürlük xəstə olaraq yaşayır, ya da ölümlə həyatlarını başa vururlar. Bu hallar dövlətimiz və cəmiyyətimiz üçün arzuolunan deyil.

Layihəmizin pis vərdişlər və narkomaniya mövzusu ictimaiyyətimiz üçün böyük əhəmiyyət kəsb edir və bu günümüz üçün aktualdır. Belə ki, ailələrdə olan yeniyetmələrin ailələrindən kənar pis vərdişlə məşğul olanların altına düşüb sağlamlıqlarına zərər vurma etimalı yüksəkdir.

Yeniyetmə və gənclərin maariflənməsi üçün gənc aktyorlarının iştirakı ilə mövzu üzrə tamaşanın səhnələşdirilərək yeniyetmələr və gənclər qarşısında nümayiş etdirilməsi, tamaşanın sosial şəbəkələrdə yayımlanması,hazırlanmış disklərin və flayrlərin paylanması, ixtisaslı həkimlərin mövzu ətrafında çıxışları, yeniyetmə və gənclərin suallanın cavablandırması layihədə öz əksini tapacaq. Layihə icrası üçün mövzu üzrə tamaşanın afişası,dəvətnamələr, flayrlər, geyim və papaq, baner, tamaşanın montaj olunmuş diskləri hazırlanacaqdır”.

Valideyn Himayəsindən Məhrum Olunmuş Uşaqlara Dayaq İçtimai Birliyinin sədri Mehriban Hüseynova bu layihənin cəmiyyətin zərərli vərdişlərinə qarşı mübarizədə mühüm rol oynadığını qeyd edib:

“Düşünürəm ki, “Sağlam həyat sağlam gələcəkdir” layihəsi ilə zərərli vərdişlərin cəmiyyətimizin və dövlətimizin inkişafına, ailə planlaşdırmasına, sağlamlığa, sosial yüksəlişə mane olmasını minlərlə yeniyetmə və gənclərimizə aşılaya biləcəyik”, – deyə o vurğulayıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu