fbpx

Şahbaz Şərif zəlzələ bölgəsinə gəldi

BEY.AZ informasiya agentliyi xəbər verir


Pakistanın baş naziri Şahbaz Şərif Kahramanmaraşdakı zəlzələlərdə dağıntıların baş verdiyi Adıyamana gedib.

Metbuat.az xəbər verir ki, Adıyaman hava limanına təyyarə ilə gələn Şahbaz Şərifi nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu və ticarət naziri Mehmet Muş qarşılayıb. Şərif Pakistandan gətirilən yardımı Türkiyə rəsmilərinə təhvil verib. Ardınca, Şahbaz Şərif Pakistanın axtarış-xilasetmə qrupunun işləri ilə maraqlanıb. Baş nazir Adıyamanda Pakistanın axtarış qrupunun xilas etdiyi ailələrlə görüşüb.

Adıyaman Universitetində AFAD Koordinasiya Mərkəzində keçirdiyi mətbuat konfransında Şərif bildirib ki, Pakistan Türkiyə hökumətinin və xalqının səxavətini və xeyirxahlığını unuda bilməz. Şərifin sözlərinə görə, o, zəlzələdən dərhal sonra prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verib və kömək təklif edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şahbaz #Şərif #zəlzələ #bölgəsinə #gəldi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu