fbpx

Şahmat yığmalarımız Qazaxıstanla qarşılaşacaq



Kişi və qadınlardan ibarət Azərbaycan yığmaları Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.

BEY.AZ xəbər verir ki, hər iki komanda VII turda Qazaxıstanın müvafiq kollektivləri ilə üz-üzə gələcək.

Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət yığma (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı, Məhəmməd Muradlı) 8 xalla 22-сi, Mixail Şereşevskinin başçılıq etdiyi ( Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova) qadın komandası isə 10 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin