fbpx

Şahramanyan separatçılara “prezident” seçildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Samvel Şahramanyan separatçıların yeni “prezident” seçilib.

Metbuat.az xəbər verir ki, bu barədə Erməni KİV məlumat yayıb. Qeyd edilib ki, qərar bu gün baş tutan seçkilərdə verilib.

Qeyd edək ki, avqustun 31-də Qarabadakı qondarma rejimin “rəhbəri” Arayik Arutyunyan istefa verib. Arayik Arutunyan özü istefa verməzdən öncə qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyanı vəzifədən azad edib. Separatçılara rəhbərlik müvəqqəti olaraq qondarma “Təhlükəsizlik Şurasının katibi” Samvel Şahramanyana keçib. Belə ki, o, “dövlət naziri” postuna gətirilib.

Samvel Şahramanyan “milli təhlükəsizlik xidməti”nin direktoru, Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olub.

İrəvan Qriqor Zöhrab Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olub, 1998-ci ildə Xankəndidəki universitetə keçib və 1999-cu ildə oranı bitirib. 1996-1999-cu illərdə Qarabağdakı qanunsuz silahlı dəstədə “xidmət” edib. O, 1999-2008-ci illərdə Ukraynada xidmət edib. 2008-ci ildən Qarabağdakı qondarma qurumda bir sıra “vəzifələrdə” çalışıb.

2018-ci il iyulun 16-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Komissiyanın “sədri” təyin edilib.

29 may 2020-ci il tarixdə qondarma sərəncamla “general-mayor” olub.

Xatırldaq ki, cari ilin martın 1-də Samvel Şahramanyan Xocalı dialoqunda iştirak edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şahramanyan #separatçılara #prezident #seçildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu