fbpx

Salatın Əsgərovanın oğlu Ceyhuna nə olub?

BEY.AZ informasiya agentliyi xəbər verir


Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov bu gün sosial şəbəkədə bir neçə dəfə narahatlıq doğuran paylaşımlar edib və daha sonra yazdıqlarını silib.

Metbuat.az xəbər verir ki, C.Əsgərov paylaşımlarında vəziyyətinin yaxşı olmadığını, dostlarından kömək istədiyini qeyd edib. Lakin o, qısa müddət sonra yazdıqlarını silərək “bir qıraqda öləcəm” sözlərini paylaşıb.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova bildirib ki, Ceyhun Əsgərovun müalicəsi üçün artıq yardımlar göstərilir və heç bir vəsait tələb olunmur:

“Artıq Təcili Tibbi Yardım Briqadası göndərilib. Bu hal vaxtaşırı və tez-tez təkrarlanır, zəruri yardımlar göstərilir. Cehun Əsgərovun Davamlı müalicə alması şərtdir, amma təbii ki, bu, onun iradəsi çərçivəsində olmalıdır. Bu barədə onun özünə də dəfələrlə bildirilib. Dövlət tibb müəssisəsində ondan müalicə üçün heç bir vəsait tələb olunmur. Tezliklə şəfa tapmasını diləyirik”, – deyə TƏBİB rəsmisi bildirib.

Qeyd edək ki, Ceyhun Əsgərov jurnalistlik fəaliyyətinə ANS-də başlayıb və xeyli müddət bu kanalda çalışıb. Daha sonra aznews.az saytında baş redaktor, Əmlak Məsələləri Dövlət Xidmətində mətbuat katibi işləyib. Hazırda isə Baku TV-də həftəlik proqramın aparıcısıdır.

Gülər Seymurqızı





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu