fbpx

Salyan gəncləri üçün “Zamanın idarə olunması” adlı təlim keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyində “İnkişafa mərkəzdən başla!” layihəsi çərçivəsində “Zamanın idarə olunması” adlı təlim keçirilib.

Təlimçi Məlik Nuriyev gənclərə “Zaman”, “Zamanın idarə olunmasında əsas yanaşmalar”, “Vaxtdan səmərəli istifadəyə mane olan əsas əngəllər”, “Şəxsin özündən asılı olan əngəllər” və “Eisenhower matrix” haqqında məlumat verib.

İnteraktiv davam edən təlimdə gənclər “Eisenhower matrix” əsasında fərdi tapşırıq ediblər.

Sonda gənclər təlim haqqında fikirlərini bölüşüb.

Layihənin məqsədi region gənclərinin şəxsi inkişafına töhfə verməkdir.

Bir Cevap Yazın

Başa dön tuşu