fbpx

Samir Rəsulov yüksək vəzifəyə təyin olundu

BEY.AZ informasiya agentliyi xəbər verir


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) rəhbər təyinatı olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Samir Rəsulov ETX-nın rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Samir Rəsulov 1989-cu ildə Bakı şəhərində anadan olub. O, 2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

Samir Rəsulov bank, telekommunikasiya və İKT sektorunda fəaliyyət göstərən qurumlarda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində 13 ildən artıq müxtəlif rəhbər vəzifələrdə çalışıb.

O, peşəkar karyerası dövründə fəaliyyət göstərdiyi müxtəlif sahələrdə informasiya təhlükəsizliyinin, eləcə də kibertəhlükəsizliyin təmin edilməsi üzrə böyük həcmli layihələr icra edib.

Samir Rəsulov 2022-ci ilin may ayından etibarən Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsində çalışıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Samir #Rəsulov #yüksək #vəzifəyə #təyin #olundu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu