fbpx

“Samsung” yeni layihəsini patentləşdirib

BEY.AZ informasiya agentliyi xəbər verir


“Samsung” şəffaf ekranlı smartfonunu patentləşdirib.

Metbuat.az xəbər verir ki, bu barədə “SamMobile” məlumat yayıb.

Müvafiq patent Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) məlumat bazasında qeydiyyatdan keçib və aprelin 14-də dərc olunub.

Sənəddə şirkətin mühəndisləri geri çəkilə bilən ekrana malik telefondan istifadəni təsvir ediblər. Ekranın korpusdan çıxarılan hissəsinin şəffaf olduğu aydınlaşıb. “Samsung” mütəxəssisləri belə bir texniki həllin hansı məqsədlə tətbiq edildiyini açıqlamayıblar.

Nəşr qeyd edir ki, patent təsdiq olunsa da, korporasiya oxşar formatda telefonları bazara çıxaracağı barədə hansısa vəd verməyib.

Mütəxəssislər xatırladıblar ki, “Samsung” 2015-ci ildə şəffaf OLED-ekran konsepsiyasını təqdim etsə də, sonradan bu cür cihazlara tələbat az olduğundan onun istehsalını dayandırmaq qərarına gəlib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu