fbpx

Samuxda 25 yaşlı oğlanı 6 nəfər DÖYDÜ: Qulağı kəsildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Samux rayonunun Füzuli kəndində 25 yaşlı gəncə bir neçə nəfər ağır xəsarətlər yetirib.

İlgili Makaleler

Metbuat.az Report-a istinadən xəbər verir ki, Samux rayon Kolayır kənd sakini, 25 yaşlı M.Əliyev bir neçə nəfər tərəfindən yaşadığı kənddən Füzuli kəndinin ərazisinə aparılıb. Orada gənci döyən şəxslər onun qulağının birinin yarıdan çox hissəsini kəsiblər.

Baş və üz nahiyəsindən ağır zərbələr alan gənc tanınmaz hala düşüb. O, daha sonra hadisə olan yerdən sürünə-sürünə kənd sakinlərindən birinin evinin qarşısına gəlib və kömək istəyib.

Məsələ ilə bağlı dərhal polisə və təcili tibbi yardıma məlumat verilib, ağır xəsarətlər alan gənc Gəncə şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun qulağı tikilib, digər tibbi yardımlar göstərilib. Hazırda xəstəxanada müalicəsi davam etdirilir.

Hadisənin baş vermə səbəbləri hələ ki məlum olmasa da, özünün dediyinə görə 6 nəfər tərəfindən döyülüb.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu