Şanlı Zəfər tariximiz qürur mənbəyimizdir adlı layihə icra ediləcək
BEY.AZ informasiya agentliyi xəbər verir
“İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyi “Şanlı Zəfər tariximiz qürur mənbəyimizdir” adlı layihənin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Ərazi bütövlüyümüz və suverenliyimizin bərpa olunması sevincini bizə yaşadan şanlı Zəfər tariximizin tələbələr və gənc jurnalistlər arasında təbliğindən bəhs edən layihənin icrası 2022-ci il fevral-aprel aylarını əhatə edəcək. Layihə çərçivəsində tədbirlər Bakı şəhərində yerləşən univeristetləri əhatə edəcək.
Layihənin məqsədi tələbələri və gənc jurnalistləri Zəfər tariximizlə bağlı maarifləndirmək, qazandığımız qələbədə rolu olan hər kəs və bu qələbənin əhəmiyyəti barədə məlumatlılığı artırmaqdır.
Tələbələr üçün seminar keçiriləcək, bundan başqa Vətən müharibəsində iştirak etmiş media nümayəndəsinin iştirakı ilə video çarx çəkiləcək, gənc jurnalistlərin Hərbi qənimətlər parkına səfəri təşkil ediləcək.
Layihənin icrası nəticəsində universitet tələbələri və gənc jurnalistlər Zəfər tariximizlə bağlı informasiya əldə edəcək. Bu informasiya onların gələcəkdə iştirak edəcəkləri tədbir və layihələrdə iştirakı zamanı daha dolğun informasiya ilə çıxış etmək imkanına şərait yaradacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.