fbpx
Xəbərlər

Sel suları avtomobil yolu sıradan çıxardı

BEY.AZ informasiya agentliyi xəbər verir


Yardımlı rayonuna yağan güclü yağış nəticəsində yaranan sel suları Yardımlı-Deman-Arvana avtomobil yolunun 14-24-cü kilometrlik hissəsində yol örtüyünü yuyaraq sıradan çıxarıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, nəticədə yolun sözügedən kilometrliyində yol örtüyü tamamilə yararsız vəziyyətə düşüb.

Dərhal təbii fəlakət baş verən əraziyə Agentliyin canlı qüvvəsi və texnikası cəlb edilib. Avtomobil yolunun əsaslı şəkildə bərpa olunması istiqamətində hadisə baş verən andan etibarən əməkdaşlarımız fasiləsiz olaraq ərazidə xidmətlərini davam etdirir, təbii fəlakət səbəbindən yolda yaranmış fəsadlar aradan qaldırılır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sel #suları #avtomobil #yolu #sıradan #çıxardı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu