fbpx

Sement zavodunda partlayış: Fəhlə faciəvi şəkildə öldü

BEY.AZ informasiya agentliyi xəbər verir


Mayın 6-ı saat 03 radələrində Qaradağ rayonu, Salyan şosesində yerləşən sement zavodunun ərazisində həmin zavodda təkərçi-çilingər vəzifəsində işləyən 1990-cı təvəllüdlü Sakit Abdullayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Sakit Abdullayev yük avtomobilinin təkərinə normadan artıq hava təzyiqi vurduğundan partlayış baş verib, partlayışın təsirindən təkər diskdən ayrılaraq Sakit Abdullayevin baş nahiyəsinə dəydiyindən sonuncu hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu