fbpx
Xəbərlər

​​“Separatçıların məqsədi odur ki…” – Sərhəddə baş verənlərə REAKSİYA

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağdakı ermənilərin hansısa şəkildə Azərbaycana qarşı müharibə elan edə biləcəklərinə şübhə ilə yanaşıram. Çünki onların belə bir potensialı yoxdur”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. Onun sözlərinə görə, Azərbaycan ordusunun faktiki mühasirəsində olan Qarabağdakı separatçılar 10 min nəfərlik peşəkar ordu yaratsalar belə bu, Azərbaycan ordusu qarşısında yetərli olmazdı:

“Nəzərə almaq lazımdır ki, Paşinyan hakimiyyəti daha çox sülh tərəfdarıdır, müharibə tərəfdarı deyil. Nikol Paşinyan dəfələrlə etiraf edib ki, Qarabağdakı separatçı rejim müharibə tərəfdarıdır və onlar sülh prosesinə mane olurlar. Bu o deməkdir ki, beynəlxalq ictimaiyyətdən Ermənistana lazımı dəstək gəlməyəcək. Belə olan halda Qarabağdakı separatçılar yeni müharibə elan eetsələr də, Azərbaycana biabırçı şəkildə məğlub olacaqlar. Qeyd edim ki, Paşinyan həm Azərbaycanla sərhəd toqquşmasına getmək istəmir, həm də separatçı rejimin Azərbaycana qarşı müharibəsini dəstəkləmir.

Çünki Paşinyan artıq bir dəfə – 44 günlük müharibədə biabırçı şəkildə Azərbaycana məğlub oldu. Qarabağdakı separatçıların Azərbaycana müharibə elan etməsi üçün ya rus sülhməramlılarının icazəsi olmalıdır, ya da onlar neytrallaşdırılmalıdır. Onların buna cəsarəti çatmaz. Eyni zamanda bu baş versə, Rus sülhməramlılarının mandatını da şübhə altına qoyacaqdır. Üçtərəfli bəyanata görə orada erməni silahlı birləşmələri olmamalı idi. Əgər Azərbaycana hücum varsa, deməli orada erməni silahlı birləşmələri var və Rusiya öhdəsinə düşəni yerin yetirmir. Məhəlli toqquşmaların, diversiya əməliyyatlarının baş verməsi mümkün görünsə də, genişmiqyaslı şəkildə hərbi toqquşmaların baş verməsi aradakı rus sülhməramlılarını hədəfə çevirə bilər. Bu qədər azğınlaşmaya isə Qarabağdakı separatçı rejim getməyəcəkdir”.

Nikol Paşinyandan fərqli olaraq Qarabağdakı klanın birbaşa Rusiyanın əmrlərinə tabe olduğunu xatırladan Turab Rzayev qeyd etdi ki, belə bir addım atılacağı təqdirdə Rusiya onları cəzalandıracaqdır. Politoloq hesab edir ki, hazırda təxribat yaratmaqla Azərbaycanın daha çox erməni hərbçisi öldürməsinə şərait yaradan separatçıların məqsədi beynəlxalq ictimaiyyətin diqqətini bölgəyə çəkərək Azərbaycanın onlara hücum etdiyi görüntüsünü yaratmaqdır.

“Bu cəhdləri faydasızdır, çünki heç bir sübutları yoxdur. Azərbaycan faktiki olaraq bölgədə heç kəsin fiziki məhvinə yönələn addım atmayıb. Separatçılar müxtəlif aksiya və çıxışlara erməni əsilli sivil əhalini cəlb etməklə toqquşmalarda itki sayını artırmaq istəyirlər. Beləcə dünyaya Azərbaycanın əliyalın insanlara güllə atdığı məlumatlarını tirajlayıb, saxtakarlıq nümayiş etdirəcəklər. Bununlada BMT kürsüsünə çıxıb Fransanın yenidən Azərbaycana qarşı əssasız fikirlər, bəyanatlar səsləndirməsinə nail olacaqlar. Hazırkı vəziyyət separatçıların bu düşüncələrinə hesablanıb”,- deyə ekspert fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Separatçıların #məqsədi #odur #Sərhəddə #baş #verənlərə #REAKSİYA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu