fbpx

Sergey Şoyqu Qərbi Ukraynaya silah tədarükünü dayandırmağa çağırdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qərb ölkələrini Avropada gərginliyin azaldılmasına töhfə verməyə və Ukraynaya silah tədarükünü dayandırmağa dəvət edib.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Böyük Britaniyadan olan həmkarı Ben Uolleslə görüşündə deyib.

“Açıq şəkildə Ukraynaya silah göndərilir. Krallıq xüsusi təyinatlı qüvvələrini Ukraynaya göndərir. Onlar orada nə qədər qalacaqlar? Bu, məlum deyil. Təklif edirəm ki, Qərb Ukraynanı silahlandırmağı dayandırsın”, – B.Uolles deyib.

Qeyd edək ki, Britaniyanın müdafiə naziri özü də Ukrayna ətrafındakı vəziyyətin getdikcə gərginləşdiyini deyib.

Son zamanlar Qərbdə Rusiyanın Ukraynaya mümkün müdaxiləsi ilə bağlı fikirlər səsləndirilir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür iddiaları boş və mənasız hesab edir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu