fbpx

Sıfır və mənfi kalorili ərzaqlar

BEY.AZ informasiya agentliyi xəbər verir


Bəzi ərzaqlar sıfır və mənfi kaloriliyə malikdir. Söhbət o qidalardan gedir ki, onların həzm prosesinə tərkibində olduğu miqdarda və ya daha artıq kalori sərf olunur. Bu siyahıya göyərti, xiyar, yosunlar, kələm, qabaq, qulançar daxildir.

Məsələn, xiyarın bir parçasında 10 kilokalori var, onun çeynənməsi və həzminə biz 15 kilokalori sərf edirik. Deməli, xiyar mənfi kalorili ərzaqdır. Bu məlumat arıqlamağa hazırlaşanlar üçün faydalıdır, çünki arıqlayan dövrdə aclıq pəhrizində oturmaq lazım deyil. Rasiona sıfır kaloriliyə malik böyük miqdarda ərzaqlar əlavə etmək kifayətdir.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə həkim-diyetoloq İrina Pisareva bildirib.

Mənfi kalorili ərzaqların piyləri əritməsi mifdir. Göyərti, xiyar, yosunlar və yuxarıda adıçəkilən digər ərzaqlar metabolizmi sürətləndirir və həzm prosesini yaxşılaşdırır. Əlbəttə, bu ərzaqların hazırlanması qaydası böyük əhəmiyyət kəsb edir, əgər qabaq unlanıb böyük miqdarda yağda qızardılarsa, o halda artıq pəhriz ərzağına aid edilmir. Eləcə də xiyar və göyərtilərə bolluca mayonez vurduqda eyni vəziyyət alınır.

Diyetoloq İrina Belovanın sözlərinə görə, hazırda sıfır və ya hətta mənfi kalorili ərzaqların adı çəkilir. O, baş kələm, gül kələm, brokkoli, kərəviz, pomidor, xiyar, şirin bibər, qulançarı misal göstərir.

Demək olar ki, sıfır kalorili ərzaqların ilk onluğu belədir: su (0 kalori), yaşıl çay (5 kalori/100 qr.), pomidor (18 kalori), kələm (25 kalori), şirin bibər (30 kalori), qabaq (17 kalori), kərəviz (16 kalori), göbələk (27-40 kalori), portağal (47 kalori).

Diyetik hesab edilən kalorili ərzaqların siyahısı isə belə müəyyən olunub: üzüm və digər quru meyvələr, yunan yoqurtu, tünd şokolad, taxıl məhsullarından hazırlanan çörək, salata qatılan ədvalar, keşyu, pekan, zeytun yağı.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sıfır #və #mənfi #kalorili #ərzaqlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu