fbpx

Sığınacaqda qətlə yetirilən qadınla bağlı məsələ nəzarətə götürülüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Azyaşlı övladları ilə birlikdə “Ümid Yeri” Uşaq Sığınacağına yerləşdirilən qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat Ombudsman tərəfindən araşdırılaraq nəzarətə götürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Qeyd olunub ki, Ombudsman Aparatı tərəfindən “Ümid Yeri” Uşaq Sığınacağının rəhbərliyi ilə əlaqə saxlanılaraq baş vermiş hadisə barədə ətraflı məlumat alınıb, sığınacaqda saxlanılan şəxslərin hüquqlarının müdafiəsi məsələləri müzakirə olunub. Eyni zamanda sığınacaqda yaşayan üç azyaşlının vəziyyəti və psixoloji durumu, həmçinin baş vermiş hadisənin sığınacağın digər sakinlərinə təsiri öyrənilib.

Məsələnin obyektiv araşdırılması ilə əlaqədar Ombudsman Aparatı tərəfindən Xəzər Rayon Prokurorluğuna müraciət edilib. Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə məsələ nəzarətdə saxlanılacaq və uşaqların hüquqlarının müdafiəsi ilə bağlı zəruri tədbirlər görüləcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu