Şimali Koreya Rusiyaya silah satdığı xəbərlərinə açıqlama verdi
BEY.AZ informasiya agentliyi xəbər verir
“Şimali Koreya Rusiyaya heç vaxt silah satmayıb və gələcəkdə də bunu planlaşdırmır”.
Metbuat.az BBC-yə istinadən xəbər verir ki, bu sözləri Şimali Koreyanın Müdafiə Nazirliyinin rəsmisi deyib.
Belə ki, ABŞ rəsmiləri Rusiyanın Şimali Koreyadan raket və artilleriya mərmiləri ala biləcəyi iddialarını irəli sürüb. Şimali Koreya isə bu xəbərləri təkzib edib.
Şimali Koreya rəsmisi ABŞ-ı və digər “düşmən qüvvələri”ni öz əsas siyasi və hərbi məqsədlərini həyata keçirmək üçün şayiələr yaymaqda ittiham edib. İki ölkə arasında istənilən silah daşınması isə Birləşmiş Millətlər Təşkilatının sanksiyalarını pozacaq.
Qeyd edək ki, sentyabrın əvvəlində ABŞ Dövlət Departamentinin sözçüsü Rusiyanın Şimali Koreyadan milyonlarla mərmi, raket və artilleriya mərmisi ala biləcəyini deyib. Lakin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi daha sonra bu bəyanatı rədd edib, alqı-satqıların hələ tamamlanmadığını və silahların Ukrayna müharibəsində istifadə olunacağına dair heç bir sübutun olmadığını deyib.
Şimali Koreyanın Rusiya istehsalı olan silahlarının çoxu isə sovet dövründən qalmadır.
Xatırladaq ki, iyul ayında Şimali Koreya Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi iki separatçı bölgəni rəsmən tanıyan azsaylı ölkələrdən biri idi. Buna cavab olaraq Ukrayna Pxenyanla bütün diplomatik əlaqələri kəsib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.