fbpx

Şimali Koreyanın ardıcıl raket testlərinin səbəbi budur: ABŞ-la əlaqəsi yoxdur

BEY MEDIA İnformasiya agenti xəbər verir


Şimali Koreyanın son iki həftə ərzində 4 ballistik raket atmasının səbəbi ABŞ-a güc nümayiş etdirmək deyil.

Pxenyanın testlərinin arxasındakı səbəblər başqadır. Metbuat.az xəbər verir ki, bu barədə BBC ekspertlərə istinadən belə məlumat yayıb. Xəbərdə bildirilir ki, bu vaxta qədər Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə təlimlərinə cavab olaraq, ballistik raketləri test edirdi. Bu dəfə isə Kim Çen Inın iki məqsədi var.

Ekspertlər hesab edir ki, Kim Çen In ölkədəki iqtisadi böhranı arxa plana atmaq üçün belə addım atır. Digər səbəb isə Çinlə bağlıdır. İddialara görə, Çinlə Şimali Koreya arasında hansısa məsələ ilə bağlı fikir ayrılığı yaranıb. Şimali Koreyanın Çində gələn ay təşkil ediləcək Qış Olimpiya oyunları ərəfəsində raket testləri həyata keçirməsi bununla əlaqədardır. Ekspertlər hesab edir ki, beynəlxalq yarışlara önəm verən Çinin Pxenyanın bu addımından qəzəbləndiyini güman etmək olar.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu