fbpx

Şimşək çaxıb, leysan yağıb, sel keçib

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub. Bakıda və Abşeron yarımadasında da səhər saatlarında şimşək çaxıb, arabir yağış yağıb.

Düşən yağıntının miqdarı Qaxda 155 (aylıq normanın 183%-i), Zaqatalada 84 (aylıq normanın 99%-i), Şəkidə 46 (aylıq normanın 68%-i), Qəbələdə 24 (aylıq normanın 31%-i), Astarada 18, Oğuzda 13, Lənkəranda 12, Altıağacda 10, Xaltanda 7, Qrız, Şahdağda 6, Qusar, Quba, Yardımlı, Sabirabad, Cəfərxan, Bakı və Abşeron yarımadasında 5 mm-dək olub.

Şimal-qərb küləyi əsib, arabir Zaqatalada 25-30 m/s, Şəki, Goranboy, Naftalan, Tərtərdə 18 m/s-dək güclənib. Sentyabrın 7-də Zaqatala rayonunun Masex kəndinə dolu düşüb.

Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində sentyabrın 7-də Zərdab rayonu ərazisindən keçən Qarasuçay, Qəbələ rayonu ərazisindən keçən Tikanlıçay, Quba rayonu ərazisindən keçən Vəlvələçay, Zaqatala rayonu ərazisindən keçən Böyükçay, sentyabrın 8-də isə Şəki rayonu ərazisindən keçən Çuxadurmazçay və Damarçınçay, Zaqatala rayonu ərazisindən keçən Talaçay, Qax rayonu ərazisindən keçən Ağçay və Kürmükçay çaylarından sel keçib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şimşək #çaxıb #leysan #yağıb #sel #keçib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu