Siyəzəndə dənizdə batanlardan daha birinin meyiti tapıldı
BEY.AZ informasiya agentliyi xəbər verir
Siyəzəndə dənizdə boğulan 3 yeniyetmədən daha birinin meyiti tapılıb.
Metbuat.az xəbər verir ki, Siyəzən rayonu Zarat kənd sakini Manafov Mehdi Elgün oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakı şəhər sakini 17 yaşlı Əhmədov Nemət Əbdül oğlunun da meyiti isə bu gün səhər saatlarında dənizdən çıxarılıb.
Hazırda dənizdə boğulan üçüncü yeniyetmə Zarat kənd sakini Bəşirov Rəvan Hacıəhməd oğlunun axtraışları davam etdirilir.
Qeyd edək ki, iyulun 23-ü axşam saatlarında Siyəzənin Zarat kəndi yaxınlığında 3 yeniyetmə dənizdə çimərkən boğulub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Siyəzəndə #dənizdə #batanlardan #daha #birinin #meyiti #tapıldı