fbpx

SON DƏQİQƏ: Kiyevdə raket binanı dağıtdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Kiyevdə vurulan Rusiya raketi hündürmərtəbəli binanı dağıdıb.

Metbuat.az xəbər verir ki, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb ki, martın 17-də səhər saat 05:02-də “101” Xilasetmə Xidmətinə paytaxtın Darnitski rayonunda yaşayış binasında yanğının baş verməsi və dağılması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə yaxınlıqdakı yanğınsöndürənlər və xilasedicilər gəlib. Hadisə yerinə gələn xilasedicilər müəyyən ediblər ki, vurulmuş raketin qalıqlarının yerə düşməsi nəticəsində 16-cı və texniki mərtəbədəki evin konstruksiyaları dağılıb, 16-cı mərtəbədəki mənzildə yanğın baş verib.

Xilasedicilər yanğını söndürməyə müvəffəq olublar.

“İlkin məlumata görə, 30 nəfər yerindəcə təxliyə edilib, onlardan 3-ü xəsarət alıb. Bir nəfər ölüb”, – deyə FHN-dən xilasedicilər bildirib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu