fbpx

Sosial xidmətlərlə təmin olunan qadınların sayı açıqlanıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi hazırda 3 732 qadını stasionar və səyyar formada olmaqla reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edir.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, onlardan 452-si Agentliyin sosial xidmət müəssisələrində daimi dövlət himayəsində yaşayır.

Son illərdə reabilitasiya mərkəzləri kimi, sosial xidmət müəssisələri də əsaslı təmir olunaraq, yenidən qurulub. Müasir tələblərə uyğun şəraitin yaradıldığı həmin müəssisələrdə sakinlərin sosial-məişət, tibbi-sosial, sosial-psixoloji və digər zəruri xidmətlərlə təminatı, onların sosial reabilitasiyası üçün işlər aparılır.

Rüya tabirlerini burdan oku

Qurum tərəfindən 3280 tənha ahıl və əlilliyi olan qadın isə evlərində (səyyar) sosial xidmətlə təmin edilir. Onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sosial #xidmətlərlə #təmin #olunan #qadınların #sayı #açıqlanıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu