fbpx

Şou göstərən psixoloq qadınlar…

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Qədim fəlsəfə anlayışına görə, insan və kainat arasında əlaqə olduğu kimi, ailə ilə cəmiyyət arasında da güclü bir bağ var. Sağlam cəmiyyət sağlam ailələrin var olmasına bağlıdır. İslamiyyətdən əvvəl türk topluluğunda ilk sosial birlik olan və “oğuş” kəliməsi ilə ifadə edilən ailə, sosial quruluşun ilk nüvəsi rolunu oynayırdı. Ancaq günümüzdə bu qurum böyük sarsıntı yaşamaqdadır.

Eqoizm, sürətli dəyişim, maddi problemlər, zorakılıq, alkaqol və cahillik bu günün boşanmalarında daha əhəmiyyətli fakt olaraq qarşımıza çıxır.

Belə həssas bir məqamda isə özünü psixoloq adlandıran gözəl bir xanımın çıxıb efirdə “ərim mənə 3 min manatlıq telefon almırsa,ondan imtina etmək haqqım var” deyir.

Ümumiyyətlə son illərdə psixologiya peşəsini şou sahəsinə çevirən qadınların sayı xeyli artıb. Bu şübhəsiz ki, ölkəmizdə öz peşəsində kifayət qədər peşəkar olan, ixtisaslaşmış psixoloqların da arxa planda qalmasına, hətta psixoloqlarla bağlı ümumi mənfi rəy formalaşmasında mühüm rol oynayır. Pasiyent məhrəmiyyətinə sayğısızlıq nümayiş etdirən, uşağa şiddətə haqq qazandıran, xəyanəti normallaşdıran, kişi-qadın münasibətlərində yanlış düşüncə formalaşdıran bu qadınlar psixoloq peşəsinin əsas mahiyyətinin “Tik-Tok”da, “İnstagram” da nağıl danışıb, 3-5 manat verib, efir-efir dolaşıb ağıllarına gələni söyləmək olduğunu zənn edirlər.

Gələk qalmaqallı çıxışı ilə yadda qalan psixoloq xanımın fikirlərinə. Əvvəlcə onu qeyd edim ki, xanımın, qadının emosional ehtiyacını onun maddi gözləntisi kimi təqdim etməsi kökündən yanlışdır.

Ehtiyaclar iyerarxiyasının müəllifi amerikalı psixoloq Avraam Maslou 1943-cü ildə hazırladığı psixoloji nəzəriyyəsində əsas ehtiyaclarımızın qida, su, seks və yuxu olduğunu, daha sonra inam hissinin olduğunu vurğulamışdı. Bu ehtiyaclarımız ödəndikdən sonra növbə sosial ehtiyaclarımızı təmin etməyə gəlir. Sosial ehtiyaclarımız siyahısında isə sevgi, aid olma hissi, uğurlu olmaq, təqdir görmək və özünü təsdiq etməyi bacarmaq istəkləri yer alır.

Ümumiyyətlə Masloudan üzü bəri bir çox psixoloqlar fərqli ehtiyac siyahısı formalaşdırıblar. Ancaq bu günə kimi heç bir siyahıda emosional ehtiyacın maddi gözlənti ilə əlaqələndirilməsi faktına rastlanmayıb. Psixoloji nəzəriyyələr duyğusal ehtiyacların fərdlərin aldığı tərbiyə, həyat təcrübəsinə görə bir-birindən fərqli olduğunu ortaya qoyur.

Fransa sosiologiya məktəbinin və struktur-funksional analizin banisi Emil Durkhayma görə isə ailə hər şeydən əvvəl əxlaqi meyllərə əsaslanır. Ailənin ayaqda qalmasını təmin edən inam, mərhəmət, həmrəylik, qarşılıqlı sevgi, xoşbəxtli, dinclik kimi təməl duyğu ehtiyacları vardır ki, bu ehtiyaclar ödənmədiyi zaman ailə quruluşunda bərpası mümkünsüz çatlar meydana gəlir.

Qadınların öz ayaqları üstündə durmaq, azad hərəkət etmək, təhsil almaq, iqtisadi asılılığının olmaması üçün çalışmaq haqları var. Bu baxımdan da qadınları, hər bir qadının ərinə maddi yox, yalnız duyğusal bağlarla bağlı olmalı olduğu düşüncəsinə alışdırmaq, istiqamətləndirmək lazımdır.

Məsələn, hər şeyi ilə özümüzü bənzətməyə can atdığımız Qərb ailə ənənəsində ər həyat yoldaşının və 18 yaşını keçən uşaqlarının maddi xərclərini ödəmək məsuliyyətini daşımır. Ailədə işləyən qadın və kişi şəxsi ehtiyaclarını özləri qarşılayırlar, ortaq qazanclarını isə paylaşırlar.

Bütün insanların doğulduğu andan etibarən ortaq duyğusal ehtiyacı şübhəsiz ki, sevgidir. Sevgini hiss etmək və onu göstərmə yollarımız fərqli ola bilər. Kimimiz üçün sevgi toxunmaqdır, kimimiz üçün gözəl sözlər, kimimiz üçün isə bahalı hədiyyələr. Ehtiyaclarımızın qarşılanmadığını görmək zaman-zaman münasibətlərdə gərginlik yarada bilər. Lakin biz bu gərginliklər sayəsində sərhədlərimizi, gözləntilərimizi və bir-birimiz üçün nəyin əhəmiyyətli olduğunu daha yaxşı kəşf etməyə çalışmalıyıq.

Günel Musa, xüsusi olaraq BEY.AZ üçün.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Şou #göstərən #psixoloq #qadınlar..

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu