fbpx

Şoyqu Tehrandadır – Moskva və Tehran strateji imkanlarını genişlədir

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi Rusiya nümayəndə heyəti İran rəhbərliyi ilə danışıqlar aparmaq üçün Tehrana gedib.

Metbuat.az Ria Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Tehranda Rusiyanın müdafiə naziri Sergey Şoyqu və İran Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Məhəmməd Baqiri arasında danışıqlar aparılıb. Şoyqu ABŞ və müttəfiqlərinin müqavimətinə baxmayaraq, Rusiyanın İranla planlaşdırılan bütün tədbirləri həyata keçirmək niyyətində olduğunu bəyan edib.

Rusiya MN rəhbərinin sözlərinə görə, Rusiya Federasiyası və İrana qarşı sanksiya təzyiqi olduqca məntiqsiz və mənasızdır. İki ölkənin qarşılıqlı fəaliyyətinin yeni səviyyəyə yüksəldiyini qeyd edən Şoyqu Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində gələcək birgə fəaliyyətə hazır olduğunu bəyan edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şoyqu #Tehrandadır #Moskva #və #Tehran #strateji #imkanlarını #genişlədir

Bir Cevap Yazın

Başa dön tuşu