fbpx

Söyüdlü sakinlərinin tibbi müayinələrinin nəticələri açıqlandı

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Söyüdlü kənd sakinləri arasında aparılan müayinələr onu göstərdi ki, orada yaşayanların sağlamlıq vəziyyəti qənaətbəxşdir”.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov jurnalistlərə açıqlamasında deyib.

Ərazidə olan insanların onkoloji xəstəliklər üzrə göstəricilərə gəlincə, o, söyləyib ki, Söyüdlü kəndində bu tip xəstəlikdən əziyyət çəkən sakinlər var: “Lakin xəstəlik üzrə nisbi rəqəm nəinki Gədəbəydən, eləcə də ölkə üzrə xəstəliklərin göstəricilərindən aşağıdır. Söyüdlü kəndində ağır metalların sağlam insanlara təsiri barədə heç nə tapılmadı. Bunu da onunla əlaqələndirmək olar ki, əhali istifadə etdiyi bulaqların sularında o dərəcə artıq göstəricilər yoxdur”.

Dağ-mədən sənayesinin insan sağlamlığına təsiri məsələsinə gəlincə, nazir müavini bildirib ki, bu iki qrupa bölünür: “Zavodda işləyən əməkdaşlarının sağlamlığına təsiri ola bilər. Çünki onlar daha çox həmin metalların kimyəvi təsirlərinə məruz qalır. Həmin şəxslərin vaxtaşırı tibbi müayinəsi təşkil olunur. Onların son dəfə müayinəsi 2019-cu ildə aparılıb. Hesabatda həmin əməkdaşların növbəti müayinəsinin lazım olduğunu qeyd etmişik. Yəni, azı ildə bir dəfə həmin müayinələr təşkil olunmalıdır. Kimyəvi maddələrin ətraf mühitə vurduğu ziyan ikinci qrupa aiddir. Bu da normalardan çox olmayıb”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Söyüdlü #sakinlərinin #tibbi #müayinələrinin #nəticələri #açıqlandı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu