fbpx

Soyuq havada bunu etməyin – Həkimdən XƏBƏRDARLIQ

BEY.AZ informasiya agentliyi xəbər verir


Soyuq havada həddindən artıq qalın geyim tromboz yaradır.

Metbuat.az xəbər verir ki, bu barədə rusiyalı cərrah və kardioloq Vladimir Xoroşev xəbərdarlıq edib.

“Havanın temperaturu cəmi üç-dörd dərəcə istilik və ya şaxtadırsa, adam isə on doqquz şərflə bürünüb və üç sviter geyinibsə, bu trombozun meydana gəlməsinə səbəb olur. Çünki istixana effekti yaranır, bu da trombların əmələ gəlməsinə meyli artırır”, – deyə o, bildirib.

Həkim bunun əksinə çox üşümənin – donmanın da qan laxtalarının əmələ gəlməsinə səbəb olduğunu bildirib.

Bundan başqa ətrafların travması, COVID-19-un fəsadları və xroniki xəstəliklər trombozun səbəbləri arasında göstərilib.

Xoroşev əlavə edib ki, kəskin trombozun ilk əlaməti trombozun haradan yaranmasından asılı olaraq hiss olunan ağrıdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu