STEAM və “İnnovasiyalar” mərkəzinin açılışı oldu
Sumqayıtda yerləşən “İstedad” liseyinin nəzdində STEAM və “İnnovasiyalar” mərkəzinin açılışı olub.
Metbuat.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Elm və təhsil naziri Emin Əmrullayevlə birgə mərkəzin açılışında iştirak etdik. İki nazirliyinin dəstəyi ilə yaradılan mərkəzdə riyaziyyat, kimya, informatika, robotiks sahələrində istedadlı şagirdlər aşkar edilərək potensialları inkişaf etdiriləcək, onlar yerli və beynəlxalq olimpiadalara, müsabiqələrə hazırlanacaq”, – deyə o qeyd edib.
Nazir vurğulayıb ki, tədbir zamanı liseyin müəllim və şagirdləri ilə görüş keçirilib: “İKT, o cümlədən kibertəhlükəsizliklə bağlı bilikləri artırmağın yolları haqqında danışdıq”.