fbpx

Su quyusuna düşən 87 yaşlı qadın xilas edildi

BEY.AZ informasiya agentliyi xəbər verir



Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Lənkəran rayonunun Tütəpeştə kəndində bir nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1936-cı il təvəllüdlü vətəndaş A.Cahangirova dərinliyi təqribən 6-7 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#quyusuna #düşən #yaşlı #qadın #xilas #edildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu