fbpx

Subsidiyaların həcmi 38% azalacaq

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

2024-cü ildə dövlət büdcəsindən subsidiyalar üzrə 48 istiqamətdə (qurum və bölüşdürülməmiş xərclər) 1045,5 mln. manat vəsaitin ayrılması proqnozlaşdırılıb ki, bu da 2023-cü ilin yenidən baxılmış göstəricisi ilə müqayisədə 636,3 mln. manat (37,8%) azdır.

BEY.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının 2024-ci ilin dövlət büdcəsinin layihəsinə verdiyi rəydə bildirilib.

Cari illə müqayisədə növbəti ildə həm dövlət, həm qeyri-dövlət, həm də hüquqi şəxslərə digər subsidiyalar üzrə azalma proqozlaşdırılıb, mütləq və nisbi ifadədə ən böyük azalma dövlət müəssisələrinə subsidiyalar üzrə nəzərdə tutulub. Dövlət müəssisələrinə subsidiyaların əhəmiyyətli azalması nəticəsində bu istiqamətdə xərclərin cəmi subsidiyalarda payının azalaraq 41,2% təşkil edəcəyi, hüquqi şəxslərə digər subsidiyaların isə ən yüksək xüsusi çəkiyə sahib olacağı proqnozlaşdırılıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Subsidiyaların #həcmi #azalacaq

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin